Logo

“Sufi fenomologiya” monoqrafiyasının təqdimatı olub

17.11.2023 13:36 230 baxış
IMG

Mərkəzi Elmi Kitabxanada Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomologiya” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə institutun baş direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə “Sufi fenomenologiya” monoqrafiyası haqqında fikirlərini bölüşüb. Alim bildirib ki, böyük zəhmətdən doğan əsər olduqca maraqlı bir dildə yazılıb. Müəllif sufilik və fenomenologiya anlayışlarına aydınlıq gətirib, sistemlilik və fəlsəfi prinsiplərini məharətlə qoruyub. Professor İ.Məmmədzadə vurğulayıb ki, müəllif əsərdə sufizmin Şərqi, terminologiyanın isə Qərbi təmsil edən fəlsəfi cərəyan olduğunu bir daha sübut edib.

Təqdimat mərasimində İlahiyyat İnstitutunun rektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov bildirib ki, müəllif monoqrafiyada dünyanın tanınmış filosof alimlərinə müraciət edib və onlardan istinadlar gətirərək əsəri daha da zənginləşdirib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli, Turizm və Menecment Universitetinin prorektoru professor Zaur Bağırov, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, professorlar Əziz Əhmədov, Əli Abasov, Rəfiqə Əzimova, Roida Rzayeva, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kəmalə Pənahova, fəlsəfə elmləri doktoru Tahirə Allahyarova və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov monoqrafiya haqqında fikirlərini diqqətə çatdırıblar. Çıxış edənlər bu əsəri fəlsəfə elminə töhfə kimi qiymətləndiriblər.

Xəbər lenti