Logo

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb - FOTO

17.11.2023 11:50 248 baxış
IMG

Mədəniyyət naziri Adil Kərimli ilə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova arasında görüş keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Görüş zamanı iki ölkə arasında mədəni əlaqələrin tarixi və inkişaf perspektivləri müzakirə olunub. Rusiyalı nazir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəsində geniş qeyd olunduğunu vurğulayıb. Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanın mədəniyyət naziri rusiyalı həmkarını 2024-cü ildə Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Görüşün sonunda Olqa Lyubimovaya “Şuşa – zirvədən uca” kitabı hədiyyə olunub.

Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 noyabr tarixlərində keçirilən IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edir.

​​​​​​Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Xəbər lenti