Logo

“Əsri ahəngləşdirərkən” adlı konsert proqramı təqdim edilib - FOTO

17.11.2023 09:39 210 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş “Əsri ahəngləşdirərkən” adlı konsert proqramı təqdim olunub.

ADMİU-dan "Tehsil.biz"ə bildirilib ki, konsert Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrası tərəfindən təşkil edilib. Konsertdən əvvəl ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva çıxış edərək universitetin kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, konsertin hazırlanma prosesindən danışıb.

Konsert proqramı ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Bədii rəhbər Əməkdar müəllim Təranə Yusifovadır.

Gecənin davamında İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin ifasında səsləndirilən Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri tamaşaçıların zövqünü oxşayıb.

Xəbər lenti