Logo

DİM-in Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri təlim keçib

17.11.2023 09:27 269 baxış
IMG

Noyabrın 16-da Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları iştirak edib.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmçinin korrupsiya hüquqpozmalarına görə məsuliyyət və mübarizə metodları haqqında məlumat verilib. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və əldə edilən nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaş müraciətlərinin əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti