Logo

Paytaxt məktəbinin müəllimi beynəlxalq müsabiqədə qalib olub - FOTO

16.11.2023 15:09 442 baxış
IMG

Bakıdakı 238 nömrəli tam orta məktəbin müəllimi Solmaz Süleymanova beynəlxalq müsabiqədə qalib olub.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ingilis dili müəllimi Hindistanda AKS (Alert Knowledge Service - Sürətli Təhsil Xidməti) təşkilatı tərəfindən keçirilən beynəlxalq müsabiqədə “Qlobal müəllim” mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının Hindistandakı səfirliyinin birinci katibi Fəxri Əliyevin də iştirak etdiyi mükafatlandırma mərasimində S.Süleymanovaya kubok və sertifikat təqdim olunub.

AKS təşkilatı tərəfindən keçirilən müsabiqənin əsas məqsədi Hindistanda və digər xarici ölkələrdə təhsil sisteminə əhəmiyyətli töhfələr verən şəxsləri (qurumları) tanımaq və mükafatlandırmaqdan ibarətdir. Beynəlxalq müsabiqədə 100 ölkədən seçilmiş müəllimlər iştirak edib.

Qeyd edək ki, bu, S.Süleymanovanın ilk uğuru deyil. O, Dubayda keçirilən Qlobal Təhsil Mükafatları müsabiqəsində də “İlin pedaqoji lideri” nominasiyası üzrə qalib olub.

Xəbər lenti