Logo

“Kiçik Akademiya”nın şagirdləri Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

15.11.2023 16:48 458 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ölkəmizdə fəaliyyət göstərən ali və orta məktəblərlə əlaqələrini davam etdirir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, orta məktəblərdə elmə maraq yaratmaq məqsədilə təşkil edilən “Kiçik Akademiya”ların şagirdləri AMEA-nın elmi təşkilatlarına gəlir, onlarla müxtəlif mövzularda müzakirələr aparılır. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Suraxanı rayonunda yerləşən 101 nömrəli məktəbin “Kiçik Akademiya” üzvləri ilə Ədəbiyyat İnstitutunda görüş keçirilib. Görüşdə institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli müasir ədəbiyyatşünaslıq elminin inkişaf tendensiyaları, Ədəbiyyat İnstitutunda aparılan tədqiqatlar və yeniliklər barədə şagirdlərə məlumat verib.

Ədəbiyyat İnstitutunun nəşri olan kitablar şagirdlərə hədiyyə olunub. Məktəbin müəllimləri Validə Səlimova və Sevinc Yaxşıyevanın rəhbərliyi ilə görüşə gələn şagirdlər Ədəbiyyat İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanış olublar.

Xəbər lenti