Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

14.11.2023 19:33 548 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələ I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsinin davamı olub.

İclasda bir neçə qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və açıq tipli (cavabı kodlaşdırıla bilən) test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikir bildirib və təkliflər veriblər.

İşçi qrupunun növbəti iclası 21 noyabr 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti