Logo

Masallıda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tarix dərsləri keçirilib - FOTO

09.11.2023 20:23 244 baxış
IMG

Noyabrın 8-də “Zəfər Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə mərkəzdə və rayonun ümumtəhsil məktəblərində “Zəfər tariximiz” mövzusunda tarix dərsləri keçirilib.

Tehsil.biz xəbər verir ki, tarix dərslərində şagirdlərə 8 Noyabr- Zəfər Günü haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.

Sonda şagirdlərlə mövzu ətrafında diskusiya aparılıb.

Xəbər lenti