Logo

MDU kollektivi şəhid ailələrini ziyarət edib - FOTO

09.11.2023 10:10 197 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 8 Noyabr- Zəfər Günü münasibətilə Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin, eləcə də bu ali təhsil müəssisəsinin şəhid məzunlarının ailələrini ziyarət ediblər.

MDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, ailə üzvləri ilə görüşlərdə Vətənin bütövlüyü uğrunda canından keçərək tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olan şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti