Logo

Orta məktəb müəllimi ona qarşı edilən haqsızlıqlardan narazıdır - GİLEY

30.03.2021 12:44 555 baxış
IMG

Biləsuvar rayonu Günəşli kənd orta məktəbin ibtidai sinif müəllimi Hüseynova Gülçün Səxavət qızının redaksiyamıza göndərdiyi şikayəti olduğu kimi təqdim edirik:

 

“Salam. Mən-Hüseynova Gülçün Səxavət qızı Biləsuvar rayonu Günəşli kənd orta məktəbin ibtidai sinif müəllimi işləyirəm. Bizim məktəbimizdə  2019-cu ildə əmirbaki olaraq direktorumuzu dəyişib başqa məktəbdə müavin vəzifəsində çalışan İlqar Abdullayevi məktəbdə heç bir pedaqoji şura keçirmədən direktor əvəzedicisi təyin etdilər.. Gəldi, ilk həftədən kobudluq etməyə başladı. Mənim dərs saatım 2-ci saat başladığı üçün həmin vaxta gəldim. Məni məktəbə buraxmamaq üçün xidmətçiləri qapıda saxlamışdı. Bunlara baxmayaraq içəri keçdim və səbəbini soruşanda əl işarəsilə kobud getməyimi göstərdi. Növbəti həftədən isə sinfin bağlanmaması üçün 500-600 manat pul lazım olduğunu söylədi, hər ibtidai sinif müəlliminə 60 manat düşür dedi və mən o pulu verdim. O biri müəllimlər də verdi, amma sonra qorxudan boyun almadılar. Bu pulun sinifə aidiyyatı olmadığını biləndə pulumu geri istədim, amma mənimlə daha da kobud prinsiplər aparmağa başladı. Valdeyin məktəb iclasında valdeyin mənə təşəkkür edib mənim yaxşı dərs keçməyimi söyləyəndə o isə məni təhqir etdi. Beləcə mən stressdən infarkt keçirmə dərəcəsində xəstəxanalıq oldum. Buna baxmadı. Yenə də kobudluğunu davam etdirdi. Mən rayondan kəndə 2 marşrut dəyişərək məktəbə gedirəm. Bir dəfə gecikdim. Müavinə tapşırmışdı ki, məni sinifə buraxmasın. Yenə mən bunlara baxamayaraq dərslərimi keçdim.

 

Bu il dərs başlayanda mənim 3 il dərs  dediyim,  indi isə 4-cü sinifdi. Məndən xəbərsiz müəllimlər arasında bölüb. Mən dərsimin nə qədər olduğunu soruşanda mənə cəmi 14 saat dərs saatı verdiyini bildirdi. Niyə belə etdiyini soruşdum. Mənim sinfimi böldüyünü, mənə isə 5 yaşlı məktəbəqədər qrupunu verdiyini bildirdi. Bununla narazı olduğumu bildirdim, şikayət edəcəyimi dedim, dedi get hara deyirsən de. Elə də oldu. Rayon təhsil şöbəsinə getdim  Aqşin müəllimin qəbuluna, o, bütün bunları dedikdə dinləmək belə istəmirdi, get deyirdi, araşdıraruq kobudluqlarına isə vaxtında gələrdin, deyərdin dedi, amma heç bir nəticə olmadı.

 

Təhsil Nazirliyinə 3 dəfə teleqram vurdum, bir cavab gəlmədi. Mənim kimi çox müəlim var ki Biləsuvardan Təhsil Nazirliyinə vurulan teleqramlara cavab ala bilmirlər. Mən çox şeyi yazmadım, sizdən artıq dərəcədə xahiş edirəm, mənə kömək edəsiniz. Rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov onu Mahir Quluyevin istəyi ilə direktor vediyi üçün müdafiə edir, həmişə onun xeyrinə qərarlar verir”.

 

Qeyd: Qarşı tərəfin mövqe bildirməsini gözləyirik!

Xəbər lenti