Logo

“Rəqəmsal savadlılıq” mövzusunda təlimlər keçirilib - FOTO

08.11.2023 10:40 202 baxış
IMG

31 oktyabr – 5 noyabr tarixlərində Təhsil İnstitutu tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər keçirilib.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Sözügedən təlimlərin məqsədi işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin İKT və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsini təmin etməkdir.

Təlim müddətində iştirakçılarla XXI əsr bacarıqları, İKT kompetensiyaları, “Google” alətlərindən istifadə, rəqəmsal transformasiya, elektron hökumət, Azərbaycan Təhsil Şəbəkəsinin veb-layihələri və digər məsələlərə dair məlumatlar paylaşılıb. Təlim 36 akademik saatı əhatə edib.

Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən təlimlər işğaldan azad edilmiş müxtəlif ərazilər üzrə mütəmadi təşkil olunacaq.

Xəbər lenti