Logo

“Gənc istedadlar” liseyində Zəfər Gününə həsr olunmuş tədbir baş tutub

07.11.2023 18:00 192 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb. Şəhidlərin əziz xatirəsi yad olunub.

Tədbirdə liseyin direktoru Arif Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. Bildirilib ki, bu Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.

Sonra liseyin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev və tarix müəllimi Rəna Həsənova çıxış ediblər. Onlar Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib, Vətən müharibəsində qabaqcıl hərbi texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə danışıblar.

Tədbir şagirdlərin hazırladığı bədii proqramla davam edib.

Xəbər lenti