Logo

Azİİ e-Kitab Evində 8 Noyabr Zəfər Gününə həsr olunmuş kitab sərgisi keçirilib - FOTO

07.11.2023 13:49 304 baxış
IMG

6-7 noyabr tarixlərində tarixlərində Azİİ e-Kitab Evində şanlı qələbəmizin ildönümünə həsr olunmuş “8 Noyabr-Zəfər Günü” adlı kitab sərgisi təşkil olunub.

Azİİ-dən "Tehsil.biz"ə verilən məlumata görə, sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının vəziyyətini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızın erməni işğalından azad edilməsini əks etdirən dəyərli çap nümunələri yer alıb.
Ümumilikdə yüzə yaxın çap məhsulunun yer aldığı sərgidə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlarımızın fədakarlığı və qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsinin tarixi zəfər ilə başa vurulmasını, haqq savaşına qalxan igid oğullarımızın bir yumruq kimi birləşərək düşməni məğlub etmələrini və şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarını əks etdirən kitablar, jurnallar, fotolar sərgilənib. “Zəfər salnaməsi”, “Salam Azərbaycan”, “Qarabağın qara tarixi”, ADNSU-nun şəhid məzunlarına və eləcə də digər qəhrəmanlarımıza həsr olunmuş kitablar, fotolar sərgidə geniş yer alıb.

Xəbər lenti