Logo

BMU Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib - FOTO

07.11.2023 11:55 246 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransı keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə gündəlikdə duran məsələlər, eyni zamanda TEC-in indiyə qədərki fəaliyyəti, tələbələrin elmi-tədqiqat və elmi-praktiki işlərinin təşkilində təşkilatın rolu və əhəmiyyəti haqda ətraflı məlumat verilib. Çıxışlar zamanı təşkilatın strukturu, qarşısında duran əsas vəzifələr, tələbələrin elmi-tədqiqatlara cəlb edilməsi, fakültələrdə TEC-in müxtəlif mövzularda təşkil etdiyi seminarların səmərəsi, tələbələrin elmə marağının artırılması istiqamətində atılan addımlar s. məsələlərə toxunub.

Fakültə TEC sədrlərinin gündəlikdə yer alan məsələlər haqda çıxışları ilə davam edən konfrasda təşkilatın fəaliyyət istiqamətlərini əhatə edən müddəalarla bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda Pedogoji fakültənin Riyaziyyat ixtisasının tələbəsi Elmira İsmayılova TEC-in sədri seçilib.

Xəbər lenti