Logo

BANM-in komandası Panamada Azərbaycanı təmsil edir

07.11.2023 10:46 142 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “AZE 86.6” komandası Panama Respublikasında keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edir.

BANM-dən "Tehsil.biz"ə verilən məlumata görə, “AZE 86.6” komandasının üzvləri BANM-in Kompüter mühəndisliyi ixtisasının tələbələri Əlehsan Əliyev, Emin Orucov və İsmayıl Mirzəağayevdir.

Qeyd edək ki, BANM tələbələri Bakıda VI Robot Olimpiadasının final mərhələsində “Future Engineers” kateqoriyasında I yerin qalibi olub və Panamada keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanıblar.

Dünya Robot Olimpiadasının keçirilmə tarixi 7-9 noyabrdır.

Xəbər lenti