Logo

Azərbaycan dili, ingilis dili və informatika fənləri üzrə hazırlıq kurslarının 3-cü məşğələləri keçirilib

06.11.2023 21:15 236 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili və informatika fənləri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanmasına verilən tələblər, informatika fənni üzrə isə Fikrət İbiyev “Phyton” proqramlaşdırma dilində ilikin anlayışlar haqqında təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının dördüncü məşğələləri 13 noyabr 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti