Logo

“İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda təlim təşkil edilib - FOTO

06.11.2023 20:46 191 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” mövzusunda 2 saatlıq təlim təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, təlimdə Dövlət Statistika Komitəsinin 36 əməkdaşı iştirak edib.

Təlim zamanı iştirakçılara münasibətlər sistemi nəzəriyyələri, sosial partnyorluq anlayışı, eləcə də iş yerində ünsiyyət ilə əlaqədar nəzəri və praktiki biliklər barədə məlumat verilib. Həmçinin, bu sahədə beynəlxalq təcrübələrdən nümunələr göstərilmiş və real ssenarilər üzərindən qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Xəbər lenti