Logo

“Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib

04.11.2023 20:22 220 baxış
IMG

Noyabrın 4-də Dövlət İmtahan Mərkəzinin əməkdaşı Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda 2 saatlıq təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Dövlət Statistika Komitəsinin 29 əməkdaşı iştirak edib.

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və həmin qaydada yer alan prosedur və düsturlar ətraflı izah edilib, qiymətləndirilmə prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Xəbər lenti