Logo

Riyaziyyat fənni üzrə seçmə imtahanının ilk mərhələsinin nəticələri elan olundu

04.11.2023 11:29 353 baxış
IMG

29 oktyabrda riyaziyyat fənni üzrə 8 və 9-cu siniflər arasında beynəlxalq olimpiadalara hazırlıq dərsləri üçün keçirilən seçmə imtahanın birinci mərhələsinin nəticələri elan olunub.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib.

Qeyd olunub ki, nəticələrə əsasən, 60 % və daha artıq (15 və daha yüksək doğru cavab) bal toplayan şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

İkinci mərhələ ilə bağlı məlumatlar isə Regional Təhsil İdarələrinə, həmçinin birinci mərhələdə qeydiyyat zamanı qeyd edilən mail ünvanlarına göndərilib.

Xəbər lenti