Gəncədə itkin düşən məktəbli qız tapılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Qeyd olunub ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşən Gəncə sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yeri müəyyən olunaraq ailəsinə təhvil verilib. Qazaxda itkin düşən 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynovanın axtarışları isə davam edir.
10:14
Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Qazaxda 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynova ötən gün məktəbdən başı ağrıdığı üçün evə getmək adı ilə çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Bundan başqa Gəncədə 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yaşadığı evdən çıxaraq itkin düşüb.