Logo

Fizika fənni üzrə hazırlıq kursunun üçüncü məşğələsi keçirilib

01.11.2023 18:40 392 baxış
IMG

Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun üçüncü məşğələsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə mərkəzdən bildirilib.

Hazırlıq kursları həm əyani, həm də “Zoom” platforması vasitəsilə onlayn formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator Əlövsət Rəcəbli cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun dördüncü məşğələsi 15 noyabr 2023-cü ildə keçiriləcək.

Xəbər lenti