Logo

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası mövzusunda təlim təşkil edilib

01.11.2023 17:11 205 baxış
IMG

Noyabrın 1-də Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin 16 nəfər rəhbər vəzifəli şəxsi iştirak edib.

Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə təqdimat olunub. Habelə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb olunan təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Xəbər lenti