Logo

Nazir müavini: "Rəqəmsallaşmanın inkişafı birbaşa təhsildən asılıdır"

01.11.2023 12:09 183 baxış
IMG

"Rəqəmsallaşmanın inkişafı birbaşa təhsildən asılıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq təhsil sahəsinə daha çox diqqət ayırmağa çalışırıq".

Tehsil.biz xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.

O bildirib ki, bununla bağlı dövlət və özəl sektor nümayəndələri ilə birgə proqramlar hazırlanıb:

“Proqramlar əsasında tələbələr, bu sahə ilə maraqlanan gənclər üçün təqaüdlər ayırdıq. Burada əsasən proqramlaşdırma, kodlaşdırma, kibertəhlükəsizlik tədris olundu. Proqramda təhsil alan gənclərin 6 ay sonra 98 faizi işlə təmin olundu. Onların orta aylıq əməkhaqqı 1300 manatdır. Həmin tələbələrin təhsilində bir nəfərə təxminən 3 min 500 manat sərf olundu”.

Mərcanə Əsədova

Xəbər lenti