Logo

Kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

31.10.2023 17:09 382 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələ I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

İclasda bir neçə qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və açıq tipli (cavabı kodlaşdırıla bilən) test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.

İşçi qrupunun növbəti iclası 7 noyabr 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti