Logo

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində növbəti təlim təşkil edilib

30.10.2023 21:06 198 baxış
IMG

26-27 oktyabr 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzi əməkdaşları üçün “Səriştələrə əsaslanan vasitələrin hazırlanması və ötürülməsi üzrə potensialın artırılması” mövzusunda təlimin 2-ci hissəsi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Təlimdə 10 nəfər iştirak edib.

Təlim zamanı layihənin eksperti Eduard Zakharçhenko tərəfindən təqdimatlar nümayiş olunub, qurumun strateji planlarından qaynaqlanan ORCE metodu, səriştə modelləri və qiymətləndirmə metodları ilə bağlı ən son vəziyyət müzakirə edilib, namizədlərlə müsahibənin aparılması, nəticələrin təhlili və təcrübə ilə müqayisə edilməsi barədə fikir mübadiləsi aparılıb. Fərdi və qrup tapşırıqları, qrup müzakirəsi, məsələlərə dair praktik həllərin hazırlanması kimi interaktiv metodlardan istifadə edilib.

Qeyd edək ki, təlimin 1-ci hissəsi 21-23 iyun 2023-cü il tarixlərində təşkil edilib.

Xəbər lenti