Logo

6 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

30.10.2023 16:00 222 baxış
IMG

Oktyabrın 10-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 6 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 41 namizədlə 41 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsahibələrin noyabrın 3-dən 20-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti