Logo

BŞTİ: "Olimpiada hazırlıqları üçün müəllim seçimi başlayır"

30.10.2023 14:41 555 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadaları (RFO) fənn hazırlıqları üçün müəllim seçimi imtahanı təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.

Noyabrın 14-də keçirilməsi nəzərdə tutulan imtahan 8 fənn üzrə olacaq. Hər bir fənn üzrə imtahan 30 sualdan ibarətdir. İnformatika fənni üzrə imtahan isə onlayn şəkildə (https://www.eolymp.com/en/ saytı vasitəsilə) aparılacaq.

Respublika Fənn Olimpiadaları fənn hazırlıqları müəllim seçimi üçün iştirak forumuna qatılmaq istəyənlər noyabrın 5-dək https://forms.gle/P95guXzR264JoXRe9 linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti