Logo

"PAŞA Holding"in təşkilatçılığı ilə növbəti innovasiya sammiti keçiriləcək

28.10.2023 16:35 274 baxış
IMG

“PAŞA Holding”in təşkilatçılığı ilə 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq “InMerge İnnovasiya Sammiti” texnologiya, startap və bir çox biznes sahələri ilə maraqlanan şəxslər üçün əla fürsətdir!

Çünki tədbir sözügedən sahələrdə uğur qazanmış spikerləri, həmçinin startapları və investorları bir araya toplamaq, onlarla fikir mübadiləsi aparmağı hədəfləyir. Başqa sözlə desək, sammit regionun innovativ ekosistemini zirvələrə daşımaq üçün xeyli addımlar atır.

Qeyd etdiyimiz kimi, dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə çıxış edəcək, sualları cavablandıracaq və ən əsası dəyərli təcrübələrini bölüşəcəklər.

Tədbirdə “Tesla” şirkətinin həmtəsisçisi JB Straubel, “Apple”ın qurucu ortağı Steve Wozniak, “Shazam”ın qurucusu Chris Barton və dünyanın müxtəlif ölkələrindən rəhbər şəxslər iştirak edəcəklər.

İnnovasiya dedikdə ağıla gələn startaplar və investorlar da bu sammitdə fərqlənmək şansı əldə edəcəklər. Startap sahibi olan innovatorlar burada ideyalarını minlərlə insana təqdim edəcək, mükafalar qazanacaq, hətta investisiya əldə etmək şansına sahib olacaqlar. Artıq tədbirə Türkiyə, Gürcüstan və regionun bir neçə ölkəsindən startaplar qoşulub.

Hazırda “InMerge İnnovasiya Sammiti”nə biletlər 50 % endirimlə təqdim olunur.

Daha çox məlumat əldə etmək və bilet almaq üçün https://www.inmerge.az saytını ziyarət edə bilərsiniz.

Xəbər lenti