Logo

“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim təşkil edilib - FOTO

27.10.2023 17:07 184 baxış
IMG

Oktyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim təşkil olunub. Təlimdə nazirliyin 26 nəfər əməkdaşı iştirak edib.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli tərəfindən gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilmişdir. Eyni zamanda, əməkdaşlarla müxtəlif komanda işləri aparılmış, qarşılıqlı fikir mübadiləsi həyata keçirilmişdir. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Xəbər lenti