Logo

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb - YENİLƏNİB

27.10.2023 14:37 392 baxış
IMG

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polisin keçirdiyi axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.

10:16

Gəncədə və Tovuzda yeniyetmə qızlar itkin düşüb.

Tehsil.biz xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan 2009-cu il təvəllüdlü T.Quliyeva (soyadlar şərtidir) evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Oxşar hadisə Tovuzun Aşağı Quşçu kəndində də baş verib. 2009-cu il təvəllüdlü G.Babayeva dünən səhər sata 8 radələrində yaşadığı evdən çıxıb və bird aha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, itkin düşən qızların ikisi də məktəblidir.

Xəbər lenti