Logo

Moskva Dövlət Universitetinin Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir

26.10.2023 11:41 180 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.

İş barədə məlumat:

• Əməkdaşların və ezamiyyətə gələn mütəxəssislərin əmək haqlarının və ödənişlərinin hesablanması;

• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətlərin yerinə yetirilməsi;

• Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;

• Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsi;

• Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət edilməsi;

• Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;

• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim olunmasını təşkil etmək.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Təhsil: Ali (maliyyə, mühasibat uçotu və audit kimi oxşar ixtisaslar)

• Təcrübə: Mühasib kimi minimum 5 il təcrübə (ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək)

• Yaş: 30 – 50

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il noyabrın 15-dək göndərə bilərlər.

Xəbər lenti