Logo

LDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

25.10.2023 22:56 197 baxış
IMG

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov başda olmaqla, LDU-nun nümayəndə heyəti Türkiyənin Qazi Universitetində işgüzar səfərdə olub.

Tehsil.biz xəbər verir ki, Qazi Universitetinin  rektoru professor Musa Yıldız nümayəndə heyəti ilə görüşdə hər iki universitet arasında əlaqələrin möhkəmləndirilməsinin mümkünlüyündən danışıb.

Səfər zamanı Qazi Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında təhsil, akademik və mədəni əməkdaşlıq sahəsində əməkdaşlıq protokolu imzalanıb. İmzalama mərasimində Qazi Universitetindən prorektorlar professor Yücel Gellisli, professor Ramazan Bayındır, rektor müşavirləri professor Halil İbrahim Bülbül, Ahmet Bilal Dostbil, baş katib Ragıp Akyürek, baş katib müavinləri Mehmet Ali Özkan və Ayhan Selçuk, LDU-dan rektor müşaviri professor Mikayıl Məhərrəmov,  elm və innovasiya məsələləri üzrə prorektor dosent Elvin Əliyev, universitet nəzdində Sosial Və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Günel Məmmədova iştirak ediblər.

Xəbər lenti