Logo

“WorldSkills Azerbaijan” təşkilatı Cənubi Koreya təcrübəsini yaxından öyrənir

25.10.2023 22:34 224 baxış
IMG

“WorldSkills Azerbaijan” təşkilatının nümayəndələri “K-Star Partnership Program for Skills Development” proqramı çərçivəsində Cənubi Koreyada səfərdə olublar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, səfərin məqsədi beynəlxalq “WorldSkills” yarışlarında bir çox bacarıq istiqamətləri üzrə liderliyini qoruyub saxlayan “WorldSkills Korea”nın təcrübəsini öyrənməkdir.

İlkin olaraq nümayəndə heyəti Koreya İnsan Resurslarının İnkişafı Xidmətinin (HRDKorea) təşkil etdiyi 58-ci Milli Bacarıq yarışlarının (2023 Chungcheongnam-do 58th National Skills Competition) açılış mərasimində iştirak edib və 45-dən çox bacarıq üzrə keçirilən Milli yarış sahələrini ziyarət edib.

Daha sonra, “WorldSkills Azerbaijan” heyətinin üzvləri 8-dən çox ölkə nümayəndəsinin qatıldığı seminarda iştirak edib, bacarıq yarışlarının təşkilinə dair fikir mübadiləsi aparıb və iştirakçılara “WorldSkills Azerbaijan” tərəfindən indiyə kimi görülən işlər və yeniliklər barədə məlumat veriblər.

Səfərin sonunda sonunda “WorldSkills Azerbaijan” təşkilatının sədri Zarina Təhməzova Koreya İnsan Resurslarının İnkişafı Xidmətinin  (HRDKorea) baş icraçı direktor Yeong Jung Kim və vitse-prezident Byeong Uk Lee ilə görüşərək Azərbaycanda bacarıqların davamlı artmasına və inkişafına dair göstərdikləri dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti