Logo

Peşə məktəblərinin tələbələri kənd təsərrüfatı istiqaməti üzrə Almaniyada təcrübələdədirlər - FOTO

25.10.2023 16:13 324 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Almaniyanın AgrarKontakte təşkilatının birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə peşə liseyinin bir qrup tələbəsi “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təcrübə Proqramında” iştirak edirlər.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdən ibarətdir.

Bitkiçilik mütəxəssisi, heyvandarlıq mütəxəssisi, bağban dekorator, aqroservis mütəxəssisi, geniş profilli traktorçu-maşinist kimi müvafiq kənd təsərrüfatı ixtisaslarında təhsil alan tələbələrimiz artıq 6 aydır ki, Almaniyanın Ştutqart şəhərinin müxtəlif bölgələrində təcrübə keçirlər.

Tələbələr təcrübə keçməklə yanaşı, həm də yaşadıqları regiona məxsus müxtəlif sosial-mədəni tədbirlərdə iştirak edərək, adət ənənələri də öyrənirlər.

Xəbər lenti