Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test mərhələsində müvəffəqiyyət qazanmış və ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün müsahibəyə start verilib.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindn bildirilib
Qeyd olunub ki, müsahibənin əsas məqsədi BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaqdan ibarətdir.
Oktyabrın 23-dən 26-dək keçirilən müsahibədə ümumilikdə 139 namizədin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.
Müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, təhsil müəssisələrində vakant olan çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.






