Logo

Ekspert: "İnklüzivlik yalnız orta ümumtəhsil müəssisələrində olmamalıdır"

21.10.2023 12:29 480 baxış
IMG

"Ali və orta ixtisas təhsili müəssisələrimizdə sağlamlıq imkanları məhdud şəxslər üçün infrastruktur yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, inklüzivlik yalnız orta ümumtəhsil müəssisələrində olmamalıdır:

"Apardığım araşdırmalarda ali və orta ixtisas təhsili müəssisələrində bu istiqamətdə vəziyyətin ürək açan olmadığını görürəm. Sağlamlıq imkanları məhdud şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə ümumi qaydalar əsasında qəbul olurlar, lakin təhsil aldıqları müddət ərzində onlara xüsusi yanaşmaq, onlar üçün xüsusi infastrukturun yaradılması zəruridir".

Mərcanə Əsədova

Xəbər lenti