Logo

STEAM Azərbaycan Festivalına qeydiyyat başa çatıb

19.10.2023 14:44 595 baxış
IMG

Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2023) qeydiyyat prosesi başa çatıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, festivalda iştirak üçün 4 min 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 min 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır.

Oktyabrın 20-dən final mərhələsi üçün seçim turlarına start veriləcək.

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dekabrın 4-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 15 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Xəbər lenti