Logo

Rektordan universitetin bağlanması xəbərinə REAKSİYA - YENİLƏNİB

19.10.2023 13:47 245 baxış
IMG

"Naxçıvan" Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında yayılan məlumatlar yanlışdır".

Tehsil.biz xəbər verir ki, bunu "Naxçıvan" Universitetinin rektoru Anar Kazımov bildirib.

Rektorun sözlərinə görə, belə bir rəsmi xəbər təhsil müəssisəsinə daxil olmayıb:

"Universitetin bu və ya digər formada fəaliyyətinin davam etdirilməsi təsisçinin verə biləcəyi qərardır. Belə bir qərar olanda rəsmi şəkildə elan ediləcək. Eyni zamanda, xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb?”

12:21

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Naxçıvan" Universitetinin lisenziyası ləğv olunacaq.

Tehsil.biz bu barədə məlumatı etibarlı mənbələrdən əldə edib.

Məlumata görə, universitetin lisenziyasının ləğvi 2024-cü ilin yanvar ayına təsadüf edəcək.

Qeyd edək ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

Xəbər lenti