Logo

“Ümumtəhsil fənlərinin tərbiyəedici imkanları” adlı metodik vəsait hazırlanıb

18.10.2023 23:24 401 baxış
IMG

Təhsil İnstitutu (ARTİ) “Ümumtəhsil fənlərinin tərbiyəedici imkanları” adlı metodik vəsait hazırlayıb.

ARTİ-dən "Tehsil.biz"ə bildirilib ki, metodik vəsait ibtidai siniflərdə Azərbaycan dilinin tədrisində şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması, V-XI siniflərdə Azərbaycan dili fənninin tədrisində diskussiya və debatlar vasitəsilə şagirdlərdə müzakirə mədəniyyətinin formalaşdırılması, ədəbiyyat fənninin tədrisində şagirdlərə azərbaycançılıq hissinin aşılanması, X-XI sinif şagirdlərində ingilis dili dərslərində mənəvi tərbiyənin formalaşdırılması, Həyat bilgisi dərslərində kiçikyaşlı məktəblilərdə birgəfəaliyyət tərbiyəsinin formalaşdırılmasının imkan və yolları, fizikanın təlimi prosesində mənəvi mədəniyyətin formalaşdırılması, ibtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi, V-IX sinif şagirdlərində musiqi zövqünün inkişaf etdirilməsi haqqındadır.

Metodik tövsiyədən məktəb rəhbərləri, müəllimlər, metodistlər təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.

Xəbər lenti