Logo

“Münaqişələrin idarə olunması” mövzusunda təlim təşkil edilib

18.10.2023 21:24 240 baxış
IMG

Oktyabrın 17-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimə nazirliyin 23 əməkdaşı cəlb olunub.

Psixoloji iş və maarifləndirmə sektorunun əməkdaşı Sevinc Məmmədova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib. Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Xəbər lenti