Logo

Şəki REM-in direktorunun məqaləsi nüfuzlu jurnalda dərc edilib

18.10.2023 10:11 153 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün “Artan xəstələnmə və onun selenium statusunun pozulması ilə mümkün əlaqəsi” mövzusunda məqaləsi “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan İngiltərənin “Selenium and Human Health” jurnalında çap edilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Məqalədə selen proteinləri və onların kükürd analoqlarının kimyəvi xüsusiyyətlərində əsas fərqləri üzrə son məlumatlar, selen zülalları və onların funksiyaları, yığılması, Se və hemoqlobin arasında əlaqə, gerontologiyada Selenium, Selenium və yod çatışmazlığı şərtləri, Se və immunitet, nitrit zəhərlənməsində antioksidant kimi Selenium məsələləri tədqiq olunub. Həmçinin təbii ipək fibroini, onun insan sağlamlığı üçün vacib amillərdən olması, tut ipəkqurdunun yeməyinə selen qarışıq qeyri-üzvi maddələrin əlavə olunduğu təqdirdə, selen atomlarının fibroin mikromolekullarında əlavə kükürd zəncirləri yaratması haqqında elmi araşdırmaların nəticələri məqalədə əksini tapıb.

Xəbər lenti