Logo

"Zəfər yolu” mövzusunda inşa müsabiqəsinə start verilib

17.10.2023 13:09 587 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Zəfər yolu” mövzusunda inşa müsabiqəsinə start verilib.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, VIII-XI sinif şagirdləri arasında keçirilən müsabiqə 2 mərhələdə (məktəb və regional) təşkil olunub. 

Müsabiqənin keçirilməsində əsas məqsəd 8 noyabr Zəfər Gününün əhəmiyyətinin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək, həmçinin, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırmaqdır. 

Xəbər lenti