Logo

Yaponiyada yaşayan azərbaycanlı alim NDU-da təlim keçib - FOTO

16.10.2023 22:55 179 baxış
IMG

Naxçıvan Dövlət Universitetində (NDU) elektronika sahəsində tanınmış azərbaycanlı alim Xəlil Kələntərin “Patentə gedən yol” adlı təlimi keçirilib.

Tehsil.biz xəbər verir ki, alim apardığı tədqiqatların nəticələrini, ixtira və patentlərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D displeylər və digər ekran texnologiyaları (Mini-LED, Micro-LED, LCOS) barədə də danışıb. X.Kələntər, eyni zamanda özünün müəllif olduğu və bütün dünya ölkələrində geniş istifadə edilən “Backlight unit” və “Backlight optics” texnologiyaları barədə məlumat verib.

Professor X.Kələntərin məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, qonaq universitet əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, professor X.Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Bütün dünyada elektronika sahəsində tədris olunan onlarla kitabın, eləcə də, çoxsaylı elmi məqalələrin müəllifi olan X.Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

Xəbər lenti