Logo

“Kadrların seçilməsi və karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil edilib

16.10.2023 12:44 193 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Kadrların seçilməsi və karyeranın planlaşdırılması” mövzusunda təlim təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən karyera ilə əlaqədar nəzəri və praktiki biliklər, kadr və "HR" anlayışı, səriştələr, təşkilati mədəniyyət mövzuları, eləcə də talantların idarə olunması barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, əməkdaşlarla müxtəlif komanda işləri aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. 

Qeyd edək ki, Mərkəz tərəfindən dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti