Logo

Tarix İnstitutunun əməkdaşları Qazax və Ağstafa rayonlarında elmi ezamiyyətdə olublar - FOTO

14.10.2023 10:59 187 baxış
IMG

6-9 oktyabr 2023-cü il tarixlərində Azərbaycanın e.ə. IV - eramızın VII əsrinin ortaları tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, şöbənin kiçik elmi işçi Fidan Şahmalıyeva və böyük laborantı Jalə Əhmədova, Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa, Tarixi etnoqrafiya”şöbəsinin əməkdaşı İsmayıl Umudlu “Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində ölkənin Qazax və Ağstafa rayonları ərazisində elmi ezamiyyətdə olublar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, səfər müddətində qarşıya qoyulan başlıca məqsədlər Albaniyanın tarixi coğrafiyası ilə tanışlıq, xüsusən onun şimal-qərb sərhədlərinin qaynaqlardakı təsvirlərlə paralelinin aparılması, bu ərazilərdə alban dövrü tarix və memarlıq abidələri ilə tanışlıq olub. Ezamiyyət müddətində onlar ilk öncə Ağstafa rayonu ərazisindəki Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olub, qoruğun direktoru Musa Mursaquliyev onları binada sərgilənən arxeoloji materiallarla tanış edib, bölgənin alban dövrü memarlığı barədə məlumat verib. Daha sonra ezam olunan qrup plan üzrə Ağstafa, Qazax tarix-diyarşünaslıq muzeyində olub, buradakı alban dövrü keramika nümunələri, xaçdaşlar, məişət əşyaları ilə tanış olublar.

Ezamiyyət müddətində tədqiqatçılar Musa Mursaquliyevin müşayiəti ilə Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən müxtəlif tarixi abidələrlə, həmçinin yeni aşkarlanmış Qarasov kurqanları ilə tanış olub, eyni zamanda, Aveydağ tarix-memarlıq qoruğu ərazisinə daxil olan Damcılı mağarası, Göyəzən dağının ətrafında olan antik və orta əsrlərə aid yaşayış yerləri, qala və qala divarlarının qalıqları və digər abidələrlə tanış olublar.

Xəbər lenti