Logo

Tərbiyəçi-müəllimlər üçün sertifikasiya imtahanının keçirilməsi gözlənilir

12.10.2023 18:32 228 baxış
IMG

Tərbiyəçi müəllimlər üçün sertifikasiya imtahanının keçirilməsi gözlənilir.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova “Tərbiyəçi-müəllimə peşəkar inkişaf lazımdırmı?” mövzusunda keçirilən onlayn təhsil masasında söyləyib. Sektor müdiri bildirib ki, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

“Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatır", - deyə İlahə Rəsulova qeyd edib.

Xəbər lenti