Logo

BAAU-da beynəlxalq konfrans keçirilir

12.10.2023 15:43 389 baxış
IMG

Bu gün Bakı Avrasiya Universitetində (BAAU) Bandırman Universiteti, “17 Eylül” Universiteti, İstanbul Gelişim Universiteti, Tekirdağ Universiteti, eyni zamanda “Təkrar iqtisadiyyat və davamiyyət” jurnalı və İKSAD institutunun birgə təşkilatçılığı ilə “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasətləri” adlı Beynəlxalq Konfrans keçirilir.

Tehsil.biz xəbər verir ki, konfransa 13 ölkədən (Türkiyə, Azərbaycan, Hindistan, Afrika, Braziliya, Pakistan, Tayland, İndoneziya, Tunis, İraq, Rumıniya,  Efiopiya, İrlandiya, Nigeriya) 45 məruzə ilə 82 iştirakçı qatılıb.

Açılış mərasimində təşkilat komitəsinin rəhbəri, Tekirdağ Universitetinin professoru Durmuş Çağrı Yıldırım, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova və İKSAD İnstitutunun prezidenti iqtisad elmlər doktoru Mustafa Lətif Əmək çıxış ediblər.

Plenar iclasda İstanbul Mədəniyyət Universitetinin professoru Seyfəddin Ərdoğan, İstanbul Gəlişim Universitetinin professoru Kənan Aydın, İstanbul Səbahəddin Zaim Universitetinin professoru Mustafa Dereci, Portugaliya Azor Universitetinin professoru Rui Alexandre Marçal Dias Castanho, Hindistan Vidyasagar Universitetinin professoru Rameş Çandra Das, Rumıniya Buxarest  Universitetinin professoru Kristina Raluca Gh. Popescu, Bolqarıstan Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin professoru Valentin Vasilevin plenar iclasda davamlı iqtisadiyyat, üzən məzənnə, pərakəndə satış və infiliyasiya indeksinin təsiri, ətraf mühit siyasəti, yenilənəbilən qaynaqlar, ekosistemin qorunması, xarici investisiyaların gətirilməsi, dayanıqlı turizm və dayanıqlı xidmətlərlə bağlı çıxışları dinlənib.

Konfrans iştirakçılarının məruzələrinin dinlənilməsi və müzakirəsi 5 bölmədə davam edib.

Xəbər lenti