Logo

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər davam edir

12.10.2023 13:50 259 baxış
IMG

Bakıda yerləşən məktəbəqədər təhsil müəssisələrinin müdir, tərbiyəçi-müəllim və metodistləri üçün təlimlər keçirilir.

Tehsil.biz xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşma və strategiyalarla tanış etməkdir. 

Təlimlər məşğələlərin təşkili, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, guşələrlə iş və digər mövzuları əhatə edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə keyfiyyətin yaxşılaşdırılmasından ibarətdir. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.

Növbəti mərhələdə digər regionlar üzrə məktəbəqədər təhsil müəssisələrinin heyətinin də təlimə cəlbi və təlimlərdə ümumilikdə 3 000 nəfərin iştirakı planlaşdırılıb.

Xəbər lenti