Logo

Məktəblərdə yeni tədris ili üzrə metodik görüşlərə başlanılıb

12.10.2023 11:34 213 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı və səriştəliliyinin artırılması məqsədilə 2023–2024-cü tədris ili üzrə metodik görüşlərə start verilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu məqsədlə ilk olaraq 18, 35, 38, 51, 75, 154, 173, 178 və 227 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib. Görüşlər zamanı məktəblərin direktor, direktor müavinləri, metodbirləşmə rəhbərləri, fənn müəllimləri, psixoloq və kitabxanaçılarından ibarət heyətlə bir sıra mövzularla bağlı müzakirələr aparılıb. Həmçinin məktəblərin 2023–2024-cü tədris ili üzrə planlaşdırılan inkişaf istiqamətlərinə dair mövzular və məktəb heyəti tərəfindən müvafiq fəaliyyətlərin icrasına başlanılması məsələləri müzakirə edilib. Bununla yanaşı, məktəbin idarəetmə heyətinin fəaliyyət planına baxılıb və müvafiq tövsiyələr verilib, müəllimlərin Fərdi Peşəkar İnkişaf Planına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məktəblər üzrə metodik görüşlər tədris ili boyunca mütəmadi olaraq təşkil ediləcək.

Xəbər lenti