Logo

Tərbiyəçi-müəllim olmaq istəyənlər üçün sənəd qəbulu sabah yekunlaşır

11.10.2023 12:19 237 baxış
IMG

Oktyabrın 12-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatacaq.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Xəbər lenti